MİKAYIL MÜŞFİQ-110

Məktəbin VIa sinif şagirdləri və məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Vəsmiyyə Aslanovanın rəhbərliyi ilə nakam şair Mikayıl Müşfiqin anadanolmasının 110 illiyi münasibətilə onun Xızı rayonundakı ev muzeyini ziyarət etdilər.Şagirdlərin ifasında söylənən şeirlər və şeirlərinə bəstələnmiş mahnılarla şairin ruhu yad edildi.Tədbir abidənin önündə gül əkmək aksiyası ilə başa çatdı.