Tarix aylığı çərçivəsində AXC-nin 100 illiyinə həsr olunmuş bilik yarışı keçirildi.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər davam etməkdədirMəktəbin akt zalında VII sinif şagirdləri arasında tarix fənnindən bilik yarışı təşkil olundu.Tədbirdə məktəbin direktoru Həcər Mahmudova çıxış edərək yarışmanın məqsəd və əhəmiyyətindən danışdı.Daha sonra yarışın təşkilatçısı və tarix metodbirləşməsinin rəhbəri Mədinə Əsgərova çıxış etdi və tədbir açıq elan olundu.Müsabiqə 4 turda keçirildi və şagirdlər 4 komandaya bölündülər.Verilən suallar hərtərəfli və maraqlı idi.İştirakçılar çox həvəslə və fəal şəkildə sualları cavablandırdılar.Yarışmada fənn müəllimi Novruzova Leyla,Respublika Uşaq və Gənclər İnkişaf mərkəzinin əməkadaşı,tarixçi Əlövsət Həmzəyev və məktəbin təşkilati işlər üzrə direktor müavini Mirzəliyeva Kəmalə iştirak edirdi.Yarışmada məqsəd şagirdlərə tarix fənninə olan maraqlarını daha da artırmaq və onların dünyagörüşünə təsir etmək idi.Müsabiqə maraqlı və səmərəli keçdi.