Hərb tariximizin 100 illiyi qeyd edildi

Məktəbin akt zalında “Tariximizə sahib cıxaq” tarixi araşdırma və maarifləndirici İctimai birliyinin təşəbbüsü ilə qəhrəmanlıq tariximizin məktəblilər arasında təbliğinin təşkili layihəsi çərçivəsində “Hərb tariximiz-100” adlı geniş tədbir keçirildi.Tədbirdə layihə rəhbəri və təşkilatçısı Araz Şamilov,Azərbaycan Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun və Fəlsəfə İnstitutunun əməkdaşları,”Məşəl” Əlil və Şəhid ailələrinə sosial dəstək ictimai birliyinin əməkdaşları,Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzinin əməkdaşları,o cümlədən məktəb koolektivi də iştirak etdilər.Tədbirdə rəşadətli Azərbaycan ordusunun keçdiyi tarixi dönəmlərdən,qəhrəmanlıqlarından danışıldı.Şagirdlərin ifasında səslənən vətənpərvərlik mahnıları və söylənən şeirlər tədbirin bədii təsir gücünü daha da artırdı.