Daha yaxşı görək!
Binəqədi rayonunda “Daha yaxşı görək” layihəsinin növbəti tədbiri keçirilmişdir.Dekabr ayının 22-də Binəqədi rayonunda "Azercell Telekom" MMC və “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatının təşəbbüsü ilə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təhsil müəssisələrində səyyar müayinələrin təşkil edilməsi məqsədilə “Birgə yaradaq” tədbirlər planı çərçivəsində “Daha yaxşı görək” layihəsinin növbəti tədbiri keçirilmişdir.Tədbir çərçivəsində Binəqədi rayonunda yerləşən 144 saylı tam orta məktəbin şagirdləri arasında səyyar oftalmoloq-həkimlər tərəfindən göz müayinəsi aparılmışdır.