Olmasaydın, olmazdıq! - dahi Üzeyir bəy!

Binəqədi rayonu N.Babayev adına 144 N-li tam orta məktəbdə 23.12.2015-ci il tarixdə dahi bəstəkar Ü.Hacıbəyovun 130 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə şagirdlərin ifasında bir-birindən maraqlı və rəngarəng ifalar: musiqi nömrələri, dahi bəstəkarın əsərlərindən parçalar- səhnəciklər təqdim edildi. Tədbirə xalq artisti, şöhrət ordenli, İncəsənət gimnaziyasının muğam kafedrasının müdiri Canəli Əkbərov, Milli Konservatoriyanın professoru Vasif müəllim, Ü.Hacıbəyovun ev-muzeyinin əməkdaşları, valideynlər, məktəbin şagirdləri və müəllimləri iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi