"Səriştəyə əsaslanan XXI Əsr təhsili və müəllimin peşəkar inkişafı"-4K təlimi
Məktəbın müəllimləri 16-19 noyabr 2015-ci il tarixlərində ADA Universitetində keçirilmiş “Təhsildə 4 K (Kreativlik, Kritik düşüncə,Kommunikasiya, Kooperasiya) bacarıqları : səriştəyə əsaslanan XXI Əsr təhsili və müəllimin peşəkar inkişafı” mövzusunda təşkil olunmuş 4 günlük təlim kursunda uğurla iştirak edərək sertifikatlar almışlar. Bu treninqdə respublikanın müxtəlif məktəb müəllimləri iştirak edərək təcrübə mübadiləsi apardılar, təlimçi-müəllimlər Saidə Nəbiyeva, Elmina Kazımzadə, Bahar Kərimova, Gültəkin Allahverdiyeva, Abbas Abbasov tərəfindən təqdim olunan mövzularda maraqlı və əhatəli məlumatlar aldılar.