Şair Nazim Əhmədlinin məktəb kollektivi ilə görüşü təşkil olundu.

Məktəbimizdə müasir şair,Skandinaviya ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhnədli ilə “Bir ömür sevgi” adlı görüş keçirildi.Görüşdə məktəbin şagird və müəllim kollektivi,rəhbərlik,valideynlər və poeziyasevərlər iştirak etdilər.Tədbirdə çıxış edən məktəbin direktoru Həcər Mahmudova,dil ədəbiyyat müəllimi Şəhla Abbasova şairin həyat və yaradıcılığı haqqında məlumat verdilər,Qarabağ döyüşlərində keçdiyi yoldan danışdılar.Şairin 65 illik yubileyi münasibətilə təşkil olunmuş tədbirdə onun həyat yolu və yaradıcılıq tarixinə həsr olunmuş “Göy üzünün adamı” adlı video-çarx da nümayiş olundu.Məktəblilər şairin əsərlərindən nümunələr səsləndirdilər.Müəllimlərdən Firəngiz Bayramova,Vəsmiyyə Aslanova öz çıxışlarında belə görüşlərin şagirdlərin həyatında,təhsilində böyük əhəmiyyət kəsb etdiyini bildirdilər.VIII sinif şagirdi Aysel Hüseynzadənin  kanonda ifası isə tədbirə ayrı bir ovqat qatdı. Şair şagirdlərin ona ünvanlanan suallarını ətraflı şəkildə cavablandırdıqdan sonra müəllifi olduğu bəzi şerlərini səsləndirdi,şagirdlərə vətən sevgisi,təhsil uğurları ilə bağlı tövsiyyələrini verdi..Sonda şair başda rəhbərlik olmaqla görüşün təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirdi və məktəb kollektivi ilə xatirə şəkli çəkildi.Tədbir çox maraqlı və səmərəli keçdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi