AXC-nin 100 illiyinə həsr olunmuş intellektual bilik yarışı keçirildi.

Məktəbin akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “İntellektual oyunlar” və Dövlət İdarəçilik Akademiyasının “İntellektual oyunlar” klublarının birgə təşkilatçılığı ilə “Cümhuriyyət kuboku” nun seçim turu uğrunda bilik yarışı keçirildi.Yarışda 8,9 və 10-cu sinif şagirdlərindən ibarət 4 komanda iştirak etdi.I vəII yerlərin qalibləri növbəti turda iştirak etmək şansı qazandılar.Şagirdlərimizin hər birini təbrik edir,uğurlarının davamlı olmasını arzu edirik.