2a sinfində ingilis dili fənnindən açıq dərs keçirildi.

"My body" mövzusunda keçirilən açıq dərs məktəbin ingilis dili müəlliməsi Firuzə Bayramovanın rəhbərliyi ilə 2a sinfində təşkil olundu.Mövzuya həsr olunmuş slaydda nümayiş olunan mahniya diqqətlə qulaq asan şagirdlər mövzunu izah etməyə çalışdılar. Dərs qrup halında keçirildi.Kiçik qruplara ayrılan şagirdlər işçi vərəqləri üzərində bədən üzvlərini tapdılar.Dərs səmərəli və maraqlı keçdi.