Kitabxanada "Dünya kitab günü" münasibətilə tədbir keçirildi.

Məktəb kitabxanasında "Dünya kitab günü" münasibətilə tədbir təşkil olundu.Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həcər Vəliyevanın rəhbərliyi və VIII sinif şagirdlərinin iştirakı ilə görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyevin "Ac hərflər" əsərinin mütaliə və müzakirəsi keçirildi.Şagirdlər əsərdəki bəzi süjetləri səhnələşdirməklə yanaşı,əsas obrazları da məharətlə canlandırmışdılar.Tamaşaçı qismində olan şagirdlər isə səhnəciyi nümayiş edən şagirdlərə mövzu ətrafında suallar verdilər.Tədbir maraqlı və yaddaqalan oldu.