İngilis dili fənnindən növbəti açıq dərs təşkil olundu.

Məktəbin ingilis dili müəlliməsi Vüsalə Rzayevanın rəhbərliyi ilə növbəti açıq dərs keçirildi.Mövzusu "Famous musician" olan dərs 7a sinif şagirdlərinin iştirakı ilə təşkil olunmuşdur.Dərsdə Azərbaycan və dünya musiqisi haqqında ümumi məlumat verilməklə yanaşı,musiqi dünyasının tanınmış nümayəndələri barədə də ətraflı məlumatlar verilmiş,onlara həsr olunmuş slaydlar nümayiş edilmiş,videoçarx izlənilmişdir.Şagirdlər verilmiş çalışmaları yerinə yetirmək üçün qruplara bölünmüşdülər. Sonda onlara yarış tipli tapşırığın verilməsi isə dərsə ayrıca bir ovqat qatdı.Dərs çox maraqlı və fəal keçdi.Məktəbin bir sira fənn müəllimləri də dərsdə iştirak etdilər.