Məktəbimizdə " Aprel döyüşləri"nin ikinci ildönümü təntənəli şəkildə qeyd edildi.

Bu gün məktəbimizdə “Aprel döyüşləri” nin ikinci ildönümü təntənəli şəkildə qeyd olundu.Tədbirdə məktəbin məzunu olmuş,”Aprel döyüşləri”ndə şəhid olmuş Sənan Axundovun ailə üzvləri,məktəbin adını daşıyan Milli Qəhrəman Namiq Babayevin ailə üzvləri,Daxili İşlər Nazirliyinin əməkdaşları,Əlil və şəhid ailələrinə sosial dəstək ictimai birliyinin üzvləri,Qarabağ şəhid veteranları cəmiyyətinin Binəqədi rayonu üzrə sədri və bir sıra mötəbər insanlar iştirak etdilər.Direktor Həcər Mahmudovanın çıxışı ilə başlanan tədbirdə,qonaqlar da öz fikir,arzu və istəklərini bildirməklə yanaşı bu qalibiyyət üçün hər kəsi təbrik etdilər.3b və 4c sinif şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndi,6a sinif şagirdlərinin təqdimatında qəhrəmanlıq mövzusunda şerlər söylənildi.Daha sonra yuxarı sinif şagirdləri hərbi yürüş nümayiş etdirdilər.Daha sonra hərbi yarış keçirildi,qaliblər diplomlarla təltif olundular. Tədbirin sonunda 3b sinif şagirdləri məktəbimizin 7 şəhid məzununun xatirəsini əbədiləşdirmək üçün 7 ağacəkmə aksiyasını həyata keçirtdilər.Hər ağaca bir şəhidin adı verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi