İ.Əfəndiyevin " X.Natəvan" əsərinin mütaliə və müzakirəsi təşkil edildi.

Bu gün məktəb kitabxanasında azərbaycan dili və ədəbiyyat müəlliməsi Aslanova Vəsmiyənin təşkilatçılığı və 9a sinif şagirdlərinin iştirakı ilə Azərbaycanın görkəmli yazıçı-dramaturqu İlyas Əfəndiyevin " Xurşudbanu Natəvan" əsərinin mütaliə və müzakirəsi təşkil edildi.Əsər ətrafında geniş müzakirə aparıldı,şagirdlər verilən suallara dolğun cavablar verməklə yanaşı Qarabağ tarixinə də bir daha nəzər saldılar.Şagirdlərin milli geyimdə olması tədbirdə ayrıca maraq oyatdı.Oxu müzakirəsi şagirdlərin aktivliyi ilə müşayət olundu.