Kiçik Akademiyanın həyat bilgisi fənn bloku üzvləri təqdimatlar etdilər.

Yazın ilk müjdəçilərindən biri olan "Su çərşənbəsi" gününə həsr olunmuş ədəbi-bədii kompozisiya təşkil edildi.Təqdimatda məktəbimizin müəllimələri Vəfa Səlimova və Adilə Xuduyevanın təşkilatçılığı və 6b sinif şagirdlərinin iştirakı ilə məktəblilər su çərşənbəsi də daxil olmaqla bütün çərşənbələrin tarixi xüsusiyyətləri,əlamətləri haqqında ətraflı və maraqlı məlumatlar verdilər.Söylənilən folklor nümunələri,ifa olunan mahnılar və xüsusilə şagirdlərin geyindiyi milli geyimlər ayrıca bir ovqat yaratdı.Tədbirdə həmçinin Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzinin əməkdaşı,tarixçi H.Əlövsət də öz çıxışında bu mövzu barədə ətraflı çıxış etdi.Keçirilən tədbir iştirakçılarda bayram əhval-ruhiyyəsi yaratdı.