Xocalıda həlak olmuş 63 uşağın xatirəsinə ağac əkilib

26 fevral Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir.
Bugün IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirak ilə Xocalı soyqırımında həlak olan 63 uşağın xatirəsinə #ağacəkmə aksiyası keçirilib. 120 nəfərə yaxın gənc IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sabunçu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirə qoşularaq Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdilər. Xocalı soyqırımında həlak olmuş 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə 63 ədəd həmişəyaşıl sərv ağacı əkilib, daha sonra şəhid olan uşaqların ad, soyad və yaşı əks olunmuş lövhələr onların xatirəsinə əkilmiş ağaclardan asılıb.Məktəbimizin şagirdləri də bu aksiyada iştirak etmiş və Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə xatirə şəkli çəkdirmişlər.