Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.

144 N-li tam orta məktəbdə Xocalı hadisələrinin 26-cı ildönümünə həsr edilmiş ədəbi-bədii kompozisiya təşkil edildi. Tədbirdə Qarabağ əlilləri və veteranları ictimai birliyinin və Mina qurbanlarına sosial dəstək ictimai birliyinin rəhbərliyi, Təhsil Nazirliyi İnkişaf Mərkəzinin əməkdaşları, Xocalı hadisələri canlı şahidləri, məktəbin şagird-müəllim heyəti və valideynləri iştirak edirdilər. Şagirdlər Xocalı faciəsinə həsr edilmiş şeirlər səsləndirdilər və həmin faciəni rənglərin dili ilə əks etdirməyə çalışdıqları rəsmləri təqdim etdilər.