Məktəbimizdə 21 fevral Beynəlxalq Ana dili gününə həsr olunmuş konfrans keçirildi.

21 fevral Beynəlxalq Ana dili günü münasibəti ilə məktəbdə Kiçik Akademiyanın Azərbaycan dili fənn blokunun üzvlərinin iştirakı və fənn müəllimlərinin rəhbərliyi ilə "Dilimiz-varlığımız" adlı konfrans təşkil edildi. Məktəb rəhbərliyi tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmlər doktoru, kafedra müdiri Adil Babayev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Fərman Abdullayev, Binəqədi rayonu İcra hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hacıyev Seymur, R.U.G.İ.M-nin əməkdaşı tarixçi Əlövsət Həmzəyev, eləcə də  məktəbin müəllim- şagird - valideyn kollektivi iştirak edirdi. Konfransın bədii hissəsində şagirdlərin ifasında Ana dilimizə həsr olunmuş şeir və mahnılar təqdim eduldi. Rəsmi hissəsində isə əvvəldən elan edilmiş mövzular üzrə ən yaxşı şagird araşdırmaları müəllifləri çıxış etdilər. Sonra isə tədbirə dəvət edilmiş qonaqlar çıxış edərək Ana dilimizin gözəlliyi, əhəmiyyəti barədə danışaraq onun bir sərvət olaraq hər zaman qorumalarını şagirdlərə tövsiyyə etdilər. Sonra konfransda fəallığı ilə fərqlənən şagirdlərə diplomlar təqdim edildi və birlikdə xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi