Şagirdlər Kənd təsərrüfatı muzeyində oldular

Məktəbin 3-cü sinif şagirdləri Kənd təsərrüfatı muzeyində oldular.
Muzeydə olarkən şagirdlər muzey bələdçilərinin köməyilə Azərbaycanda kənd təsərrüfatının tarixini və bu gününü əks etdirən eksponatlarla yaxından tanış oldular. Burada onlar həmçinin Azərbaycanın kənd təsərrüfatında istifadə olunan əmək alətləri, kənd təsərrüfatının inkişaf tarixi, Azərbaycan iqtisadiyyatının inkişafında rolu olan əmək qəhrəmanları haqqında faydalı məlumatlar əldə etdilər. Onu da qeyd edək ki, dünyada bu təyanatlı yalnız 5 muzey fəaliyyət göstərir.