Energetik içkilər və onun fəsadları araşdırıldı

Məktəbin Kiçik Akademiyasının kimya fənn bloku üzvləri bu dəfə "Energetik içkilər haqqında 10 qızıl həqiqət" adlı müzakirə təşkil etdilər. Burada onlar əvvəlcədən Energetik içkilər və onun fəsadları barədə apardıqları araşdırmaların nəticələrini təqdim edərək gündəlik satışda rast gəlinən energetik içkilər barədə ətraflı məlumatlar verdilər. Bildirdilər ki, əslində aldadıcı xarakterə malik bu içkilər nəinki orqanizmə zərər vurur, eyni zamanda aslılıq yaradır. Onlar yalançı enerji içkilərin əvəzinə mevələrə, təbii şirələrə, kompotlara üstünlük verilməsini təklif etdilər.