Faciə qurbanlarının xatirəsi anıldı

26 ildir Azərbaycan xalqının qan yaddaşında yaşayan Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsi zamanı dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktını özündə əks etdirən ən dəhşətli hadisədir. Faciənin iyirmi altıncı ildönümü ərəfəsində faciə qurbanlarının xatirəsinin dərin hüznlə bir daha yad edilməsi ilə məqsədilə 144 N-li məktəbin bir qrup heyəti və 11-ci sinif şagirdləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər.Quba Soyqırımı Memorial Kompleksi – 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmışdır.