Pedaqoji şuranın növbəti iclası keçirildi

Pedaqoji şuranın növbəti iclası keçirildi

30.01.2018-ci il tarixdə 144 nömrəli məktəbdə 2017/2018-ci tədris ilinin birinci yarımilin yekununa həsr edilmiş növbəti Pedaqoji Şura keçrilidi. Pedaqoji Şuranın gündəliyində plana müvafiq olaraq I yarımilin yekunları, məktəbdaxili qiymətləndirmələrin nəticələri, məktəb sənədlərinin aparılması vəziyyəti, buraxılış imtahanlarına hazırlıq işlərinin təşkili, yarımil ərzində məktəb kitabxanasının fəaliyyəti  məsələləri öz əksini tapmışdır. Məktəbin direktoru H.Mahmudova "Təhsildə keyfiyyət ili" ilə əlaqədar I yarımil ərzində görülən işlər, məktəbin iştirak etdiyi layihə və müsabiqələr, eləcə də növbəti yarımildə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. Məruzəyə əlavə olaraq Metodbirləşmə rəhbərləri  fənlər və fənn müəllimlərinin reytinqi barədə hazırladıqları hesabatları təqdim etdilər. Direktor müavini İ.Quliyev çıxış edərək buraxılış imtahanlarına hazırlığın təşkili istiqamətində həyata keçirilən tədbirlər, kitabxana müdiri X.Rəsulova isə şagirdlərin mütaliəyə marağının və oxu vərdişlərinin inkişafı məqsədilə görülən işlər və mütaliə tədbirləri barədə məlumat verdilər. Gündəlikdə qoyulmuş məslələrin müzakirəsindən sonra Pedaqoji Şura növbəti yarımil üçün müvafiq qərarlar qəbul edərək kollektivə təqdim etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi