5b sinif şagirdləri ilə birgə mütaliə

Məktəbin 2017/2018-ci dərs ili üçün fəaliyyət planının 1.3.9-cu bəndinə müvafiq olaraq məktəblilərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə ədəniyyətinin formalaşdırılması məqsədilə ədəbiyyat müəllimi Həcər Həsənovanın təşkilatçılığı ilə 5b sinif şagirdləri ilə mütaliə və müzakirə təşkil edildi.Məktəb kitabxanasında təşkil edilmiş tədbirdə şagirdlər oxuduqları əsərə münasibət bildirərək səhnəciklər göstərdilər.