Gənc coğrafiyaçılar torpaq sürüşmələrini araşdırırlar

Coğrafiya aylığı çərçivəsində 10-cu sinif şagirdləri günümüzün aktual problemlərindən biri olan "Torpaq sürüşmələri" mövzusunda təqdimatlar etdilər.İlk öncə coğrafiya müəllimi Sədaqət Ağayeva tədbirin mahiyyəti barədə danışdı, sonra şagirdlər əvvəlcədən mövzu üzrə araşdırmaları nəticəsində əldə etdikləri məlumatları və hazırladıqları film-slaydları təqdim etdilər. Sonra tədbirə qonaq qismində dəvət edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Departamentinin Hidrometrologiya İnstitutunun laboratoriya müdiri Xalid Muxtarlı torpaq sürüşmələrini yarada amilləri və onu necə aradan qaldırmağın yolları barədə şagirdlərə faydalı məlumatlar verdi. Sonra isə şagirdlərə İnstitutun hazırladığı xəritələri hədiyyə edərək şagirdləri Hidrometrologiya İnstitutuna dəvət etdi.