Məktəblərarası intellektual bilik yarışı keçirildi

20 Yanvar hadisələrinin 28-i ildönümünə həsr edilmiş məltəblərarası intellektual bilik yarışı keçirildi. Yarışda 144, 217 və 314 nömrəli məktəblərin 9-cu sinif şagirdlərindən ibarət komandalar dünyagörüşü və fənn biliklərini əhatə edən sualları cavablandırırdı. Yarışın sonunda qaliblərə diplomlar təqdim edildi. Eyni zamanda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim edildi, onlar şəhidlərimizin xatirəsinə həsr edilmiş şeirlər və vətənpərvərlik ruhunda mahnılar səsləndirdilər. Tədbirə dəvət edilən qonaqlar: 1990-cı ildə 20 Yanvar şəhidlərinin dəfn komissiyasının üzvü və həmin hadisələrin canlı şahidi olmuş Xalid müəllim, tarixçi Əlövsət müəllim və məktəbin direktoru Həcər Mahmudova çıxışlarında 20 Yanvar  şəhidlərinin vətənimizin müstəqilliyi tarixində şərəfli izi barədə danışaraq şagirdlərə vətənə, xalqına layiqli olmalarını, tariximizi hər zaman yaxşı öyrənmələrini tövsiyyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi