Şagirdlər Ç.Aytmatov yaradıcılığına müraciət etdilər

Məktəbin 2017/2018-ci dərs ili üçün fəaliyyət planının 1.3.9-cu bəndinə müvafiq olaraq məktəblilərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə ədəniyyətinin formalaşdırılması məqsədilə ədəbiyyat müəllimi Radə Məmmədovanın təşkilatçılığı ilə Ç.Aytmatovun "Gün var əsrə bərabər" əsərinin mütaliə və müzakirəsi təşkil edildi.Məktəb kitabxanasında təşkil edilmiş tədbirdə şagirdlər oxuduqları əsərə münasibət bildirərək müasir dövrlə əlaqələndirməyə, əsərin personajları barədə düşüncələrini paylaşdılar.