Şəhidlərimizin xatirəsi anılır

Məktəbin 2017/2018-ci dərs ili üçün fəaliyyət planının 1.3.16-cı bəndinə müvafiq olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, 20 Yanvar hadisələrinin 28-ci ildönümünün qeyd edilməsi məqsədilə məktəbdə silsilə tədbirlər həyata keçirilir. Bu gün məktəbin tarix müəllimləri L.Novruzovanın təşkilatçılığı ilə 8-ci sinif şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya təşkil edildi.Burada 20 Yanvar hadisələrini əks etdirən film-slayd və fotostendlər nümayiş etdirdilər, Şəhidlərin xatirəsinə həsr edilmiş şeirlər səsləndirdilər. Sonra onlar məktəbin adını daşıdığı şəhid Namiq Babayevin büstü önünə qərənfillər qoyaraq 1 dəqiqəlik sükutla şəhidlərimizin xatirəsini yad etdilər. Məktəbin tarix müəllimi, həmin hadisələrin şahidi olmuş M.Nəzərova həmin qanlı-qadalı günlər, eləcə də məktəbin keçmiş məzunu və 20 yanvar hadisələrində şəhid olmuş İsrafil Haşımov haqqında şagirdlərə ətraflı məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi