Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə mövzusunda tədbir

Binəqədi rayonu 144 №-li tam orta məktəbdə neqativ hallara , hüquqazidd əməllərə, narkomaniyaya və zərərli vərdişlərə qarşı mübarizə mövzularında tədbir keçirilmişdir.
Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik və Narkotiklərlə Mübarizə İdarələrinin əməkdaşları , məktəbin şagird-müəllim kollektivi iştirak etmişlər.
Görüşdə mövzu ilə bağlı məktəblilərlə profilaktiki söhbətlər aparmış və suallar cavablandırılmışdır.
Bu səpkidə tədbirlərin keçirilməsi tərəfimizdən müsbət qiymətləndirilir.