Azərbaycan tarixində Xətai şəxsiyyəti

Məktəbin Kiçik Akademiyasını tarix fənn bloku üzvləri 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə "Azərbaycanın siyasət tarixində Şah İsmayıl Xətai şəxsiyyəti" adlı dəyirmi masa təşkil etdilər. Tədbirdə ilk öncə məktəbin tarix müəllimi Mədinə Əsgərova çıxış edərək tədbirin əhəmiyyəti barədə məlumat verdi. Sonra məktəbin direktoru Həcər Mahmudova Şah İsmayıl Xətainin yalnız siyasətçi deyil, eyni zamanda hərtərəfli şəxsiyyət olması barədə danışdı. Daha sonra tədbirə dəvət edilmiş qonaqlardan R.U.G.İ.M-nin əməkdaşı tarixçi Əlövsət Həmzəyev Şah İsmayıl Xətainin vahid Azərbaycan dövləti yaratması istiqamətində yürütdüyü siyasəti barədə ətraflı məlumat verdi. Sonra şagirdlərin Şah İsmayıl Xətai haqqında hazırladıqları təqdimatlara, rəsmlərə və film-çarxa baxış keçirildi. Xətainin həyat və yaradıcılığına həsr edilmiş tədbirdə şagirdlər araşdırmalını təqdim etdilər, kanon musiqi ifasının müşaiyəti ilə onun şeirlərindən nümunələr səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi