4a sinfində informatika fənni üzrə nümunəvi dərs təşkil edildi

Tədrisin keyfiyyətinin artırılması və izlənilməsi məqsədilə fənn aylıqları çərçivəsində nümunəvi dərslər təşkil edilir. 29.12.2017-ci il tarixdə 4a sinfində fənn müəllimi Ülviyyə Nəcəfovanın təşkilatşılığı ilə informatika fənni üzrə nümunəvi dərs təqdim edildi. Dərsin mövzusu "Alqoritmin icraçısı" idi. Müəllim ağıllı lövhədən istifadə edərək hazırladığı slaydlarla alqoritmin icrası və icraçıları barədə ətraflı məlumat verdi. Eyni zamanda şagirdlər də müzakirəyə cəlb edilməklə icraçının edə biləcəyi və edə bilməyəcəyi əmrləri necə seçməyi araşdırdılar. Sonra qruplara ayrılaraq iş vərəqlərində təfəkkürün tənqidi, məntiqi növlərini əhatə edən tapşırıqları birlikdə yerinə yetirdilər. Hər qrupun işləri dinlənildi, müəllim tərəfindən meyarlara əsasən qiymətləndirildi. Dərs şagirdlərin fəallığı və yaradıcı fəaliyyəti ilə daha maraqlı oldu.