Şagirdlər arasında intellektual bilik yarışı keçirildi

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə ibtidai sinif şagirdləri arasında intellektual bilik yarışı təşkil edildi. Yarışın təşkil edilməsində məqsəd şagirdlərdə sağlam rəqabət vərdişlərinin, dünya görüşlərinin inkişaf etdirilməsi idi. Yarışda ayrı-ayrılıqda 2,3 və 4-cü sinif şagirdləri komandaları iştirak edirdi. 3 mərhələ şəklində keçirilən yarışda şagirdlərə yaş səviyyələrinə uyğun olaraq bilikləri və dünya görüşünü əhatə edən suallar verilir, sualları düz cavablandıran komandalara xallar verilirdi. Yarışın sonunda xal hesabı ilə qalib gələn komandalara diplomlar təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi