Gənc bioloqlar dayaq-hərəkət sistemini araşdırdılar

Yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətinin istiqamətləndirilməsi, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq  bacarıqları və elmi dünya görüşünün inkişaf etdirilməsi, şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlığı məqsədilə Məktəbin illik fəaliyyət planının 1.1.1.14-cü bəndinə müvafiq olaraq “Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialının üzə çıxarılması istiqamətində mütəmadi tədbirlər,araşdırmalar, müzakirələr təşkil edilir. Belə tədbirlərə misal olaraq 25.12.2017-ci il tarixdə “Kiçik Akademiya”nın biologiya fənn bloku fəaliyyəti çərçivəsində " Dayaq-hərəkət sisteminin əhəmiyyəti, funksiyaları, quruluşu və fəaliyyəti" barədə məktəbin gənc bioloqlarının hazırladıqları təqdimat mübadiləsini nümunə göstərmək olar. Şagirdlər əvvəlcədən dayaq-hərəkət sistemi barədə apardıqları araşdırmaları nəticəsində əldə etdikləri ətraflı məlumatları təqdim edərək bildirdilər ki, canlıların həyatında mühüm əhəmiyyətə malik olan bu orqanları bəzən düzgün qorumur, passiv həyat tərzinə üstünlük verilir. Bu isə sonda dayaq-hərəkət sisteminin zədələnməsinə gətirib çıxarır. Zərərli vərdişlərdən əlavə düzgün qidalanmamaq, təbii qida və fəal həyat tərzindən uzaqlaşdıqca dayaq-hərəkət sistemi xəstəliklərinə bir o qədər yaxınlaşmış olunur. Ona görə də onlar çıxış yolu olaraq fəal həyat tərzi, təmiz havada olmağı, düzgün qidalanmağı və vitaminlərlə zəngin olan meyvə və tərəvəzlərə üstünlük verməyi qeyd etdilər.Şagirdlərin araşdırmaları bir-birindən maraqlı və faydalı məlumatlarla zəngin idi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi