Ş.Məmmədovanın 120 illiyi qeyd edildi

22.12.2017-ci il tarixdə məktəbin 2017-2018-ci tədris ili üçün fəaliyyət planının 1.3.4-cü bəndinə müvafiq olaraq İlk professional Azərbaycan qadın müğənnisi olan görkəmli musiqiçi, SSRİ xalq artisti (1938), Azərbaycan opera ifaçısı və müəllimi, Azərbaycan SSR Ali Sovetinin (1-4 çağırış) deputatı olmuş, 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmiş Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr edilmiş dəyirmi masa təşkil edilmişdir. Tədbirdə məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyaçıların musiqi bloku üzvləri və müəllimlər iştirak edirdi. Məktəbin musiqi müəllimi Təranə Hüseynova çıxış edərək Şövkət Məmmədovanın opera sahəsində yalnız ifaçı kimi fəaliyyət göstərmirdi, o, həmçinin Azərbaycan Dövlət Konservatoriyasında son günlərinədək tələbələrə professional vokal dərsləri verirdi.
1923-cü ildə Ş.Məmmədovanın təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır və o, 1923-1925-ci illərdə onun direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışır.
Sonra Kiçik akademiyaçılar görkəmli müğənni barədə araşdırmalarını əks etdirən film-rolik və təqdimatlar nümayiş etdirdilər.