Riyaziyyat aylığı çərçivəsində nümunəvi dərslər təşkil edilir

Məktəbin illik fəaliyyət planına müvafiq olaraq hər ayda müəyyən fənlərin tədrisinin keyfiyyəti ilə daha yaxından tanışlıq məqsədilə fənn aylığı elan edilir. Dekabr ayı plana uyğun olaraq Riyaziyyat fənn aylığı elan edilmişdir. Aylığın tədbirlər planı əsasında fənnə aid divar qəzetləri, nümunəvi dərslər, bilik yarışı təşkil edilir. 19.12.2017-ci il tarixdə fənn müəllimi Sevil Qasımovanın təşkilatçılığı ilə 5c sinfində riyaziyyat fənnindən "Kəsrlər" mövzusunda nümunəvi dərs təşkil edildi. Müəllim digər fənlərin inteqrasiyasını təşkil etməklə şagirdlərə tam və kəsr hissə anlayışını nümunələrlə izah etdi, sonra şagirdlər onlara verilən tapşırıqları icra etdilər. Ümumilikdə dərs şagirdlərin fəallığı ilə keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi