Layihələrin birgə yekun tədbiri keçirildi

Bakı şəhəri Namiq Babayev adına 144 nömrəli tam orta məktəbin akt zalında 15.12.2017-ci il tarixdə I Qrant müsabiqəsi qalibi olmuş layihələrimizin yekun tədbiri təşkil edildi. Məktəbin oyesində layihə ərzində həyata keçirilmiş tədbirləri əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil edilmişdi.Tədbirdə Bakı Şəhəri üzrə Təhsil idarəsinin əməkdaşı Fərman Abdullayev, layihə çərçivəsində əməkdaşlıq edilən məktəblərin rəhbərləri, müəllim və şagirdləri, mətbuat nümayəndələri və valideynlər iştirak edirdi. Tədbiri məktəbin direktoru və layihə rəhbəri olan Həcər Mahmudova giriş sözü ilə açaraq qonaqları salamladı, layihə haqqında, eləcə də onun tədrisin keyfiyyətinin yüksəldilməsində əhəmiyyəti və layihə çərçivəsində görülən işlər barədə geniş məlumat verdi. Sonra Bakı Şəhəri üzrə Təhsil idarəsinin əməkdaşı Fərman Abdullayev çıxışında 2017/2018-ci dərs ilinin "Ümumi təhsildə keyfiyyət ili" ilə istiqamətində müsabiqənin təhsilin keyfiyyətində müsbət rolunu vurğuladı, layihə iştirakçıları olan məktəblərin pedaqoji kollektivləri tərəfindən layihə çərçivəsində görülən işlərin gələcəkdə də davam etdirilməsini tövsiyyə etdi.Sonra layihə iştirakçılarına təşəkkürnamələr təqdim edildi.Tədbirin bədii hissəsində əməkdaşlıq edilən məktəblərin istedadlı şagirdlərinin ifasında bədii qiraət, rəqs, muğam, saz və digər musiqi nömrələri təqdim edildi. Tədbir 2-ci qalib layihənin - "Forum-teatr" tamaşası ilə davam etdi. Tədbirin sonunda forum-teatrda fəallığı ilə seçilən şagirdlərə təşəkkürnamələr təqdim edildi və qonaqlarla birgə xatirə şəkli çəkildi.