Əməkdaş məktəblər 13 N-li məktəbdə oldular

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə I Qrant müsabiqəsi"ndə qalib olmuş "Tədrisin keyfiyyətinin yüksəldilməsində məktəblərarası əməkdaşlığın əhəmiyyəti" layihəmiz üzrə işlər artıq yekunlaşmağa doğru gedir. 22 sentyabrda start götürmüş layihə çərçivəsində əməkdaşlıq edilən məktəblər bir-birinin qonağı olmuş, orada qarşılıqlı dərsdinləmələr, ingilis dili müəllimləri üçün təlimlər, metodik işin təşkili istiqamətində təcrübə mübadilələri aparılmışdır.13 dekabr 2017-ci il tarixdə layihə çərçivəsində növbəti görüş 13 nömrəli məktəbdə təşkil edildi. Görüş olduqca maraqlı və səmərəli keçdi. Müxtəlif fənlər: kimya, biologiya, fizika, həyat bilgisi, ingilis dili fənləri üzrə ayrı-ayrılıqda nümunəvi dərslər dinlənildi. Sonra isə 13 ailəsi özünəməxsus gözəl qonaqpərliyini bədii hissə davam etdirdi. Başda Yaqut xanım olmaqla bütün 13 ailəsinə layihə iştirakçıları adından dərin təşəkkürümüzü bildiririk!