Məktəblilərimiz “Hazırcavablar” intellektual oyununda

09.12.2017-ci il tarixdə Bakı şəhəri Namiq Babayev adına 144 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri “Hazırcavablar” – uşaqlar üçün əyləncəli, intellektual oyunda iştirak ediblər.
283, 276, 246 və 144 nömrəli tam orta məktəb şagirdlərinin iştirak etdiyi oyunda 144 nömrəli tam orta məktəbin komandası qalib olub.
Qeyd edək ki, “Hazırcavablar” verilişi AZTV-nin Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə layihəsidir.
Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.