Ulu öndərin xatirəsinə həsr olunmuş məktəblərarası şahmat yarışı təşkil edildi

Bakı şəhəri N.Babayev adına 144 №-li tam orta məktəbdə “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Tədrisin keyfiyyətinin yüksəldilməsində məktəblərarası əməkdaşlığın əhəmiyyəti” layihəsi çərçivəsində işlər uğurla davam edir.
08.12.2017-ci il tarixdə layihə çərçivəsində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş məktəblərarası şahmat yarışı keçirildi. Yarışda 13, 144, 149, 182, 217, 245, 314 və 5 nömrəli məktəblərin 5 və 6-cı sinif şagirdləri iştirak edirdi. Bir neçə tur davam edən yarışın sonunda qalib gələn komandalar diplom və medallarla təltif edildilər. Qalibləri təbrik edir və uğurlar arzulayırıq.