İnformatika fənni üzrə açıq dərs təşkil edildi

Məktəbin 2017-2018-ci dərs ili üçün fəaliyyət planına müvafiq olaraq dekabr ayı riyaziyyat-informatika fənn aylığı elan edilmişdir. Aylıq çərçivəsində fənnə həsr edilmiş divar qəzetləri, nümunəvi dərslər, riyaziyyat fənninin siniflər üzrə monitorinqi, nümunəvi dərslərin təşkili və siniflər arası bilik yarışı nəzərdə tutulmuşdur.
Qrafik üzrə 07.12.2017-ci il tarixdə 3a sinfində informatika fənni üzrə açıq dərs təqdim edildi. Burada fənn müəllimi Ülviyyə Nəcəfovanın təşkilatçılığı ilə "Obyektləri fərqləndirən əlamətlər" mövzusu üzrə şagirdlər onları əhatə edən aləmdə tanış olduqları obyektləri keyfiyyət və kəmiyyətə görə fərqləndirir, müəllim tərəfindən tərtib edilmiş tapşırıqlar əsasında obyektləri oxşar və fərqli əlamətlərə görə qruplaşdırır, məntiqi düşüncə qabiliyyətini inkişaf etdirən çalışmalar yerinə yetirirdilər.Dərs ümumilikdə şagirdlərin fəallığı ilə baş tutdu.