Ulu Öndərin xatirəsinə həsr edilmiş bilik yarışı təşkil olundu

Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür.Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Onun xatirəsinin anılması, eləcə də yetişməkdə olan gənc nəslin Ulu Öndərin xşərəfli həyat və fəaliyyəti ilə daha yaxından tanış olmaları istiqamətində məktəbdə silsilə tədbirlər həyata keçirilir. Bunlardan biri də 06.12.2017-ci il tarixdə məktəbin akt zalında Ulu Öndərin xatirəsinə həsr edilmiş bilik yarışı idi. Tarix fənni üzrə təkil edilmiş bilik yarışında məktəbin 8-ci sinif şagirdləri iştirak edirdi. İlk öncə məktəbin direktoru ümummilli liderimizin Azərbaycanın şanlı tarixində əvəzsiz rolunu vurğulayaraq şagirdlərə Ulu Öndərin ideya və arzularına layiq təhsil almalarını tövsiyyə etdi. Sonra Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzinin əməkdaşı tarixçi Əlövsət Həmzəyev Ulu Öndərin şanlı həyat yolundan danışaraq .əvəz olunmaz xidməti haqqında geniş məlumat verdi. Sonra şagirdlərin iştirakı ilə bilik yarışında komandalar tarix fənni üzrə biliklərini sınadılar. 3 tur davam edən yarışmada daha sualları cavablandıraraq qalib gələn komandalara diplomlar təqdim olundu.