"Sətirlərdən səhnələrə" layihəsi keçirilir

Şagirdlərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi məqsədi daşıyan "Sətirlərdən səhnələrə" layihəsi üzrə növbəti müzakirə ədəbiyyat müəllimi Vəsmiyyə Aslanovanın təşkilatçılığı ilə məktəb kitabxanasında "Dədə Qorqud" dastanının 6a sinif şagirdləri tərəfindən keçirildi. Onların əvvəlcədən dastanın kitabdan oxuması və filminə tamaşa etmələri təşkil edilmişdi. Sonda kitabxanada şagirdlər əsərə və filmə münasibətlərini bildirdilər və əsərin həm tarixi, həm əfsanəvi boylarının müqayisəli təhlilini apardılar.