Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edildi

Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür.Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Onun xatirəsinin anılması, eləcə də yetişməkdə olan gənc nəslin Ulu Öndərin şərəfli həyat və fəaliyyəti ilə daha yaxından tanış olmaları istiqamətində məktəbdə 11-ci sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil edildi. Məktəb rəhbərliyi tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmlər doktoru, kafedra müdiri Adil Babayev, R.U.G.İ.M-nin əməkdaşı tarixçi Əlövsət Həmzəyev, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.
Tədbiri məktəbin direktoru Həcər Mahmudova açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz rolu aqqında danışdı.
R.U.G.İ.M-nin əməkdaşı Əlövsət Həmzəyev Ulu Öndərin şanlı həyat yolundan danışdı. Professor A.Babayev Ulu Öndər H.Əliyevin “Azərbaycan SSR”-dövründə və Azərbaycan Respublikasının müstəqillik illərində “ əvəz olunmaz xidməti haqqında geniş məlumat verdi. Sonra şagirdlərin sualları cavablandırıldı.Tədbirin keçirilməsində əsas məqsəd Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi idi.