Pedaqoji Şuranın növbəti iclası keçirildi

04.12.2017-ci il tarixdə 144 N-li tam orta məktəbdə növbəti Pedaqoji Şura keçirildi.

İclasın gündəliyinə 2017-2018-ci tədris ilinin "Ümumi təhsildə keyfiyyət ili" olması ilə əlaqədar tədbirlər planının; sentyabr, oktyabr, noyabr aylarında pedaqoji kollektiv tərəfindən görülən işlərin; fənn aylığının hesabatı; məktəb sənədlərinin aparılması vəziyyəti ; zəif oxuyan və xüsusi istedada malik şagirdlərlə işin təşkilinin vəziyyəti; İbtidai siniflərdə Ana dili və Riyaziyyat fənninin tədrisinin, eləcə də IX sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlığı vəziyyətinin monitorinqinin nəticələrinin müzakirəsi daxil edilmişdi. Müzakirələrdən sonra DİM tərəfindən fəaliyyəti müsbət qiymətləndirilən müəllimlərə rəhbərlik tərəfindən təşəkkür elan edildi, İnteqrativ təhsil təlimində iştirak etmiş müəllimlərə sertifikatlar təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi