1 dekabr QİÇS-lə mübarizə günüdür

1 dekabr QİÇS-lə Ümumdünya Mübarizə Günüdür.
Onunla əlaqədar 01.12.2017-ci il tarixində yuxarı sinif şagirdləri ilə 144 saylı tam orta məktəbin akt zalında “QİÇS”ə həsr olunmuş tədbir keçirildi.
Bu tədbir zamanı şagirdlərin QİÇS mövzusunda çəkdikləri rəsmlərin sərgisi nümayiş olundu. Sonra şagirdlərə videoçarxlar təqdim olundu.
Videoçarxların təqdimatından sonra məktəbin biologiya müəlliməsi – Bəsti Bağırova QİÇS virusun anotomik və fizioloji xüsusiyyətləri ilə şagirdləri tanış etdi.
Məktəbin həkimi – Ceyran Babayeva QİÇS xəstəliyin əlamətləri və fəsadları barədə ətraflı çıxış etdi.
Sonra məktəbin direktoru – Həcər Mahmudova şagirdlərlə həmsöhbət oldu: – necə sağlamlıqlarına riayət etməsinin vacibliyini, özlərini bu xəstəlikdən qorunmasından, zəruri vərdişlərdən uzaq qalmağın əhəmiyyəti barəsində tövsiyyələrini verdi.
Sonra isə şagirdlərin, əsrin bəlası olan QİÇS-ə aid bütün sualları cavablandırıldı.