"Sətirlərdən səhnələrə" layihəsi keçirilir

Şagirdlərin mütaliə maraq və vərdişlərinin artırılması, inkişafı, eyni zamanda onlarda mədəni estetik zövqün düzgün formalaşdırılması məqsədilə məktəbdə 2017/2018-ci dərs ili ərzində "Sətirlərdən səhnələrə" layihəsi keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin tələbinə əsasən şagirdlər əvvəlcə ədəbiyyat müəlliminin tövsiyyəsi ilə hər hansısa bir əsəri kitabdan oxuyur, sonra isə həmin əsərin səhnələşdirilmiş və ya ekranlaşdırılmış versiyasına tamaşa edirlər. Sonda isə müqayisəli formada həmin əsərin təhlilini aparırlar. 

 "Sətirlərdən səhnələrə" layihəsi çərçivəsində məktəbin 6ç sinif  şagirdlərinin  iştirakı ilə Azərbaycan milli dramaturgiyasının banisi M.F.Axundovun “Hekayəti –Xırs qurdurbasan” əsərinin  müzakirəsi oldu. Qeyd edək ki, müzakirədən əvvəl şagirdlər Gənc tamaşaçılar teatrında haqqında söhbət açılan əsərin tamaşasında olmuşlar. Müzakirədə şagirdlər fəal iştirak  edərək əsərin mövzu və ideyasına,əsərdəki obrazlara yaradıcı yanaşaraq. öz fikirlərini söylədilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi