Dini əxlaqi dəyərlərimizi qoruyaq

Dini əxlaqi dəyərlərimizi qoruyaq

 

 

   Aparılan işlərin sosial faydası cəmiyyətdə müsbət dəyişikliklərə yol açmasıdır. Belə ki, cəmiyyətdə dini dəyərlərin bərpası mövzusunda aparılan maarifləndirmə işlərindən sonra gənclər, valideynlər daha dərindən düşünərək, müvafiq dini əxlaq və dəyərlərə sahib olacaqlar ki, bu da öz növbəsində cəmyyətdə sağlam sosial bazanın möhkəmləndirilməsinə imkan yaradacaq.

29.11.2017 tarixində Namiq Babayev adına 144N-li məktəbdə "Aydınlığa doğru" Milli mənəvi dəyərlərin qorunması İctimai Birliyinin təşkilatçılığı ilə İslam həmrəliyi ilə bağlı layilə əsasında şagirdlərimizlə birgə "Həmrəylik günümüzdür" adlı tədbir keçirilmişdir.Tədbirdə məktəbin 8-9 cu sinif şagirdləri iştirak etdilər.Tədbirin əsas məqsədi maarifləndirmə yolu ilə yeniyetmələrin sağlam düşüncəsinin islami əxlaq dəyərlərinin formalaşmasına,multikulturalizm,tolerantlıq,qarşılıqlı hörmət,sevgi ruhunda tərbiyə olunmasıdır.

   Tədbirdə ilk öncə şagirdlərə islam dəyərlərini düzgün aşılanması,dünyəvi elmlərdə ilahiyyatçı alimlərin rolu haqqında məlumatlar tədbiq edildi.Sonra islam dini barədə video-çarx göstərildi.Sonra şagirdlər 3 komandaya bölünərək viktorina şəklində bilik yarışması keçirilmişdir.Yarışda komandalarla yanaşı tamaşaçı şagirdlər mükafatlandırıldılar.Beləliklə,siniflərarası keçirilən yarışmada qalib olan komanda məktəblər arası keçiriləcək yarışda iştirak etmək hüququ qazandılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi