Əməkdaşlıq edən məktəblərin nümayəndələri 245 N-li məktəbin qonağı oldular

I Qrant müsabiqəsində qalib olduğumuz "Tədrisin keyfiyyətinin yüksəldilməsində məktəblərarası əməkdaşlığın əhəmiyyəti" layihəsi çərçivəsində 13,144, 149, ,182, 217,245 və 314 N-li məktəblər əməkdaşlıq edir. Layihə müddəti ərzində növbə ilə bir-birinin qonağı olur, təcrübə mübadiləsi aparır, qarşılıqlı dərsdinləmələr və təlimlər təşkil edilir. Bu gün 245 nömrəli məktəbdə təşkil edilmiş növbəti görüşdə əməkdaşlıq edilən məktəblərin rəhbərlər və müəllimləri iştirak etdi. Məktəbin direktoru Ülviyyə xanım qonaqları məktəbin fəalliyyəti, üğürları, e-məktəbin iş prinsipi və "Sabahın alimləri" müsabiqəsində əldə etdikləri uğurlar , istedadlı şagurdlərlə işin təşkili sahəsində görülən işlərlə tanış etdi. Sonra məktəbdə kimya fənni üzrə açıq dərsdə iştirak edildi. Məktəbin bir qrup ingilis dili müəlliminə danışıq klubları yaradılması və fəaliyyəti barədə təlim keçirildi. Sonra isə çay süfrəsi zamanı qonaqlar təəssüratlarını bölüşdülər, fikir mübadiləsi aparıldı.