5с sinfi "Buratino" tamaşasına baxdılar

Məktəbdə mütaliə-teatr layihəsi həyata keçirilir. Layihənin tələbinə əsasən şagirdlər əvvəlcə onlara müəllim tərəfindən tövsiyyə edilmiş hər hansı bir əsəri kitabxanadan əldə edərək oxuyurlar. Sonra isə həmin əsərin səhnələşdirilmiş tamaşasına və ya filminə baxırlar. Burada məqsəd xəyali təsəvvürlə nitq, özünü ifadə, təhliletmə, fikir bildirmə və sözsüz ki, mütaliəyə olan maraqlarını inkişaf etdirməkdir. Beləliklə, bu gün 144 nömrəli tam orta məktəbin 5c sinif şagirdləri ədəbiyyat müəlliminin təşkilatçılığı ilə Gənc Tamaşaçılar teatrında oldular. Onlar əvvəlcədən teatrın repertuarına uyğun olaraq "Buratino" əsərini oxumuşdular. Sonra isə sinifdə əsərdə oxuduqları ilə tamaşada gördüklərini müqayisə edərək fikir və rəylərini bildirdilər. Müzakirə şagirdlərin fəallığı ilə daha maraqlı keçdi.