V sinif şagirdi Çexiyada Qran Pri mükafatı qazandı

26.11.2017-ci il tarixdə məktəbin V sinif şagirdi Fikrət Əliyev Çexiyada vokal sənəti üzrə keçirilən beynəlxalq müsabiqədə uğurla iştirak etmişdir. O, bütün turlardan müvəffəqiyyətlə keçərək finala çıxmışdır. Sonda da o, ən yüksək mükafata - Qran Pri mükafata layiq görülmüşdür. Qeyd edək ki, bu Fikrətin ilk uğuru deyil. O bundan əvvəlllər də bir sıra yerli və beynəlxalq müsabiqələrdə müvəffəqiyyətlə  çıxış edərək qalib olmuşdur. Növbəti uğuru münasibəti ilə Fikrəti təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi