Şagirdlərimiz teatra getdilər

Bu gun 6-cı sinif şagirdləri təşkilatçı müavin Kəmalə Mirzəliyevanın təşkilatçılığı ilə Gənc tamaşaçılar teatrında oldular. Burada aktyorların ifasında səhnələşdirilmiş M. F. Axundzadənin" Hekayəti- xırs quldurbasan" tamaşasina baxdılar.Teatra getməzdən əvvəl şagirdlər ədəbiyyat müəlliminin tövsiyyəsi ilə əsəri özünü oxudular və sonra qerara almışdılar ki, tamaşaya baxsınlar. Elə də etdilər.Tamaşa o qədər maraqli idi ki, şagirdlər zaldan çıxmaq istəmirdilər. Əvvəlcədən əsərlə tanış olduqlarına görə onlara tamaşa daha da maraqlı gəldi . Onlar yazılı formada tanış olduqlarını əyani olaraq aktyorların ifası ilə müqayisə edir, rəylərini bildirirdilər. Şagirdlərin dərsdənkənar vaxtlarında teatrlara, muzeylərə və digər mədəni-kütləvi yerlərə aparılması onlarda bədii-estetik zövqün düzgün formalaşmasına, eləcə də ictimai yerlərdə davranış qaydalarına lazımınca riayət etmələrinə müsbət təsir göstərir. Gələcəkdə də çalışacağıq ki, ovladlarımız kiçik yaşlarından mütaliəni , teatr tamaşalarini , kino- filmləri dərk etsinlər və sevsinlər.