9-cu siniflərin sınaq monitorinqi keçirildi

25.11.2017-ci il tarixində 9-cu siniflərin sınaq monitorinqi keçirildi.
Sınaq imtahanının keçirilməsində məqəsd şagirdlərin imtahana hazırlının mövcud vəziyyətini düzgün qiymətləndirmək və ona uyğun olaraq müvafiq tədbirlərin işlənib həyata keçirilməsi idi. Şagirdlərə təqdim olunan sual kitabçaları Azərbaycan dili və Riyaziyyat fənni üzrə ayrı-ayrılıqda 30+30 qapalı tipli suallardan ibarət idi. Onlar monitorinqə ayrılmış 2 saat vaxtın 30 dəqiqəsini cavab kartlarını doldurmağa, yerdə qlan 1.5 saat vaxtı isə verilmiş sualları cavablandırmağa sərf etdilər. Ümumilikdə monitorinq normal şəraitdə keçdi və şagirdlər ilk olaraq imtahan abu havasını sanki hiss etdilər. Ümid edirik ki, belə monitorinqlərin mütəmadi təşkili şagirdlərin buraxılış imtahanlarına həm nəzəri- bilik, həm də psixoloji hazırlığı cəhətdə müsbət faydası olacaqdır.